
Putin gələn həftədən Rusiyada koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verib
03.12.2020Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı geniş miqyaslı peyvəndlənməsinə başlamaq planını açıqlayıb.
Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib: “Bu, kütləvi də olmasa, geniş miqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda — müəllimlər və həkimlər üzərində aparılacaq”.