Prorektor Əliş Ağamirzəyev: Psixoloji yardım sektorunun BDU-nun həyatında əhəmiyyətli rolu olacaq

17.02.2020 Off By admin

Bakı Dövlət Universitetində (BDU) yaradılan Psixoloji yardım sektorunun təhsil müəssisəsinin həyatında əhəmiyyətli rolu olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev jurnalistlərə açıqlamasında deyib. Prorektor qeyd edib ki, dünyanın ayrı-ayrı ölkələrinin ali məktəblərində psixoloji yardım təşkil olunub. BDU-da qeyd edilən sektorun fəaliyyətə başlaması çox əlamətdardır.

Ə.Ağamirzəyev Psixoloji yardım sektorunun səmərəli xidmət göstərəcəyinə əminliyini vurğulayıb.

Xəbəri paylaş: