Pirallahıda yük maşını motosikletlə toqquşdu

27.12.2019 Off By admin

Bakının Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, yük maşını 21 yaşlı Əmirov Samir Nadir oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü S.Əmirov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: