Parisdə “Normandiya dördlüyü”nün görüşü başlayıb

Parisdə “Normandiya dördlüyü”nün görüşü başlayıb

10.12.2019 Off By admin

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normandiya formatı” sammitində 4 ölkənin – Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü başlayıb. Fransa prezidenti Emmanuel Makron əvvəlcə ukraynalı həmkarı Vladimir Zelenski, sonra isə Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşüb.

Axşam saatlarında 4 ölkənin dövlət rəhbərlərinin “Hormandiya dördlüyü” adlanan görüşü başlayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri paylaş: