Parisdə moda həftəsində modellər maska taxdı

28.02.2020 Off By admin

Fransanın “Marine Serre” brendinin modelləri Fransada fevralın 24-də başlayan moda həftəsi çərçivəsində podiuma qoruyucu maskalarda çıxıblar. Hakimiyyet.com Day.az-a istinadən xəbər verir ki, 2020 payız kolleksiyasını nümayiş etdirən modellər belə bir addımı koronavirus təhküəsi səbəbindən atıblar.

Maraq doğuran o olub ki, istifadə edilən qoruyucu maskaların rəngləri paltar və aksesuarlara uyğun hazırlanıb.

Parisdə açılan moda həftəsinin iştirakçıları arasında da koronavirusa görə azalma olub. Belə ki, Çindən 6 modelyer Parisdə bu möhtəşəm moda tədbirinə qatılmayıb.

Qeyd edək ki, son məlumata görə, dünyada bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər isə ölüb.

Xəbəri paylaş: