PA-nın şöbə müdiri: “NATO Azərbaycanı etibarlı və sadiq tərəfdaş hesab edir”

22.01.2020 Off By admin

“Ötən il Azərbaycanın 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmasının 25-ci ildönümünü qeyd etdik. O vaxtdan etibarən NATO ilə əməkdaşlıq Azərbaycanda təhlükəsizlik və müdafiə islahatlarında mühüm rol oynayıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev euractiv.com saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda NATO Azərbaycanı etibarlı və sadiq tərəfdaş hesab edir.

Xəbəri paylaş: