“Olimpiakos” “Arsenal”ı məğlub etdi

28.02.2020 Off By admin

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə yekun vurulub.

Hakimiyyet.com xəbər verir ki, Yunanıstanın “Olimpiokos” klubu səfərdə İngiltərənin “Arsenal” komandasının qonağı olub.

Görüş yunanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə öz meydanında minimal (1:0) hesabla məğlub olan “Olimpiokos” səfərdə vurduğu iki qolla növbəti mərhələyə yüksəlir.

Bu mərhələnin saat 23:45-də başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb.

“Ayaks” (Hollandiya) – “Xetafe” (İspaniya) 2:1, (birinci oyin 0:2);

“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) – 1:2, (1:0);

“Benfika” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 3:3, (1:2);

“Seltik” (Şotlandiya) – “Kopenhagen” (Danimarka) – 1:3, (1:1);

“İnter” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) – 2:1, (2:0);

“Mançester Yunayted” (İngiltərə) – “Brügge” (Belçika) – 5:0, (1:1);

“Sevilya” (İspaniya) – “ÇFR Kluj” (Rumıniya) – 0:0, (1:1).

Xəbəri paylaş: