Nepalda avtobus uçuruma yuvarlanıb, 18 nəfər ölüb, 13 nəfər yaralanıb

28.11.2019 Off By admin

Nepalda idarəetmədən çıxan sərnişin avtobusu uçuruma yuvarlanıb. 

APA yerli “Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, qəza nəticəsində 18 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Nepalın hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilib ki, hadisə avtobus dağ yolunun çətin hissəsini keçərkən baş verib. Sürücü idarəetməni itirib və avtobus təxminən 500 metr yüksəklikdən dərəyə aşıb. 

Hazırda qəza yerində xilasetmə işlərinin davam etdiyi bildirilir.

Xilas edilən yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. 

Xəbəri paylaş: