Nazir: “Koronavirusla bağlı OPEC+ çərçivəsində nazirlərin erkən görüşü keçirilməyəcək”

09.02.2020 Off By admin

Koronavirusla bağlı OPEC+ çərçivəsində nazirlərin erkən görüşü çox güman ki, keçirilməyəcək.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

“Ölkələr arasında koronavirusla bağlı müzakirələr OPEC+ formatında davam edir və bu müzakirələrin koordinasiyası ilə OPEC-in katibliyi məşğuldur. Lakin üzv ölkələr arasında da müzakirələr aparılır, Azərbaycanın da mövqeyi hər zaman soruşulur”, – deyə P.  Şahbazov qeyd edib.

Xəbəri paylaş: