Naxçıvana uçuşlar dayandırıldı

27.02.2020 Off By admin

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvandan İstanbul şəhərinə uçuş həyata keçirmir”.

Bu barədə  Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib. Məlumata görə, Naxçıvan-İstanbul istiqamətində uçuşlar martın 14-dən etibarən reallaşdırılacaq.

                                                                                                            xxx

Türk Hava Yolları Naxçıvan Muxtar Republikasına uçuşları dayandırıb.

Publika.az TRT-yə istinadən xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri İlkər Aycı koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində verilən bu qərarın müvəqqəti olduğunu bildirib.

“Naxçıvana uçuşlarımızı müvəqqəti olaraq dayandırdıq. Bakı, Gəncə və digər yerlərə uçuşlarımız davam edir”, – sədr qeyd edib. Bundan başqa, Türk Hava Yollarının Cənubi Koreyanın paytaxtı Seula nəzərdə tutulan aviareysləri azaldılıb.

Zümrüd

Xəbəri paylaş: