Mövlud Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”

03.02.2020 Off By admin

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabında Azərbaycan Xarici İşlər Nazirliyinin tvitinə cavab yazıb.

O, Çinin Uhan şəhərindən çıxarılan vətəndaşlarımızla bağlı XİN-in Türkiyəyə təşəkkür mesajına cavabında bildirib:

“Vətəndaşlarımızı xilas edərkən can qardaşlarımızı orada qoya bilməzdik, əlbəttə. Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda”.

Qeyd edək ki, ötən gecə Uhandan Ankaraya gələn təyyarədə olan 42 nəfərdən 6-sı Azərbaycan vətəndaşı olub.

Mevlüt Çavuşoğlu

@MevlutCavusoglu

Vatandaşlarımızı kurtarırken can gardaşlarımızı orada bırakamazdık elbette. Azerbaycan da olsa aynısını yapardı. Can Azerbaycan’a canımız feda. https://twitter.com/azerbaijanmfa/status/1223598659922776066 

MFA Azerbaijan🇦🇿

@AzerbaijanMFA

Azərbaycan vətəndaşları Türkiyəyə məxsus təyyarə ilə Türkiyə vətəndaşları ilə birlikdə Çinin Uxan şəhərindən təxliyyə edilmişlər.

Bu, #Azərbaycan 🇦🇿#Türkiyə 🇹🇷 qardaşlığının növbəti bariz nümunəsidir!

Təşəkkürlər, qardaş Türkiyə!

2,015 people are talking about this

 

Xəbəri paylaş: