Mingəçevir ərazisində zəlzələ qeydə alınıb

27.01.2020 Off By admin

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3.4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xəbəri paylaş: