“Marsel” səfərdə “Nim”i məğlub edib

29.02.2020 Off By admin

Fransa Liqa1-də XXVII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir matç oynanılıb.

Liqa 1-də qalmaq uğrunda mübarizə aparan “Nim” “Marsel”i qəbul edib. Mükafatlara iddialı olan qonaqlar erkən qol buraxsalar da, oyunda dönüş yaradıblar. Dario Benedettonun het-triki Marselin eyniadlı təmsilçisinə liderlə xal fərqini 10-a endirmək imkanı yaradıb.

Xəbəri paylaş: