Malaxov baş redaktor vəzifəsindən istefa verdi

10.12.2019 Off By admin
Məşhur rusiyalı teleaparıcı Andrey Malaxov “StarHit” jurnalının baş redaktoru vəzifəsindən getdiyini bəyan edib. Bu barədə o jurnalın saytında “Təşəkkür, hər zaman yüksəkdə qalın” adlı vida məktubunda açıqlama verib.
“Bu gün internet informasiyanı çatdırma sürətinə görə çap məhsulundan irəlidədir. Amma gün 24 saatdan ibarət olaraq qalır. Mənim üçün “StarHit” brendi altında buraxılan bütün məhsulun nəzarət və yoxlama imkanları bitdi”, – Malaxov jurnaldan gedişini belə izah edib.
Teleaparıcı onu da bildirib ki, 2020-ci il yanvarın 1-dən jurnal çap məhsulunu bağlayır və bundan sonra yalnız elektron formatda işıq üzü görəcək.
Qeyd edək ki, Malaxov 2007-ci ildən “StarHit” jurnalına başçılıq edib.

Xəbəri paylaş: