“Major League Soccer”in üç komandası Luka Modriçi almağa çalışır

09.01.2020 Off By admin

ABŞ və Kanadanın Yüksək Futbol Liqasının ( “Major League Soccer” – MLS) üç komandası “Real”ın ulduz oyunçularından birinin – Luka Modriçin Birləşmiş Ştatlara mümkün transferi üçün futbolçunun təmsilçilərinə müraciət edib.

AZƏRTAC ESPN idman kanalına istinadla xəbər verir ki, “D.S.Yunayted”, “İnter Mayami” və “Atlanta Yunayted” klubları xorvat futbolçunu almaq istəyirlər, lakin yaxın vaxtlar üçün onların heç bir perspektivi yoxdur. Avropa futbolunun superulduzu Devid Bekhemin yaratdığı “İnter Mayami” klubu Modriçlə hələ noyabrda maraqlanmağa başlayıb. Vaşinqtonun “D.S.Yunayted” klubu bu ay Modriçin təmsilçiləri ilə danışıqlar aparıb.

Modriçin “Real” ilə müqaviləsinin müddəti cari mövsümdən sonra başa çatır. Xorvat oyunçu dünyada ən yaxşı mərkəz yarımmüdafiəçilərdən biri hesab edilir. Modriç 2018-ci ilin dünya çempionatında Xorvatiyanı finala çıxarıb. Final matçında onun komandası Fransa yığmasına uduzub.

O, 2012-ci ildə Britaniyanın “Tottenhem Hotspur” klubundan İspaniyanın “Real” klubuna transfer olunub.

Hazırda Vaşinqtonun “D.S.Yunayted” klubunun heyətində Avropa futbolunun sabiq ulduzlarından biri – Ueyn Runi çıxış edir.

Xəbəri paylaş: