“Liverpul” və “Mançester Siti” İngiltərə Premyer Liqasında növbəti qələbələrini qazanıb

30.12.2019 Off By admin

Dekabrın 30-da İngiltərə Premyer Liqasının 20-ci turunun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, hazırkı lider “Liverpul” öz meydanında – “Anfield” stadionunda 7-ci pillədə qərarlaşan “Volverhemton” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.

Mersessayd təmsilçisinin heyətində yeganə qolun müəllifi 42-ci dəqiqədə Sadio Mane olub. O, uzun müddət zədə üzündən meydana çıxmayan Adam Lallananın ötürməsindən sonra şansı əldən verməyib.

“Mançester Siti” də bu turu öz meydanında keçirib.

Pep Qvardiolanın yetirmələri cari mövsün yaxşı oyunu ilə diqqət çəkən və 8-ci yerdə qərarlaşan “Şeffild Yunayted” komandasını qəbul edib.

Mançester təmsilçisinin iki cavabsız topla məğlub etdikləri görüşdə Serxio Aquera və Kevin De Brüyne fərqlənib.

Turun mərkəzi görüşü isə “Emirates” stadionunda baş tutub. Çempionluğa iki iddialı klub – “Arsenal” və “Çelsi” klubları üz-üzə gəlib.

London derbisi “Çelsi” klubun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissənin 13-cü dəqiqəsində hesabda irəli çıxan “Arsenal”, fasilədən sonra 83-cü və 87-ci dəqiqələrdə ardıcıl iki dəfə top buraxaraq məğlub olublar.

“Arsenal”ın heyətində Pyer-Emerik Obameyanq, “Çelsi”nin isə Jorjinyo və Tammy Abraham fərqləniblər.

İyirmi turdan sonra turnir cədvəlinə 55 xalla “Liverpul” klubu başçılıq edir, “Lester Siti” 42 xalla ikinci, “Mançester Siti” isə 41 xalla üçüncü yerdə qərarlaşıb.

Digər pillələrdə müvafiq olaraq “Çelsi” (35), “Mançester Yunayted” (31), “Tottenhem” (30), “Volverhemton” (30), “Şeffild Yunayted” (29), “Kristal Palas” (27), “Everton” (25) qərarlaşıblar.

İngiltərə Premyer Liqasının 21-ci turu 2020-ci ilin yanvarın 1-2 və 3-də keçiriləcək.

Xəbəri paylaş: