Könüllülərin müharibədə zərər çəkmiş vətəndaşlara yardım kampaniyası davam edir

Könüllülərin müharibədə zərər çəkmiş vətəndaşlara yardım kampaniyası davam edir

21.11.2020 Off By admin

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən edilən hücumlar nəticəsində zərər çəkmiş vətəndaşlarımıza mənəvi və maddi dəstək olmaq məqsədilə başladılan “Birlikdə dəstək” aksiyası davam edir.

Azərbaycan Respublikasının Gənclər Fondundan Hakimiyyyet.com-a bildiriblər ki, bu dəfə xeyirxah tərəfdaş və vətəndaşların dəstəyi ilə Azərbaycan könüllüləri tərəfindən Ağdam və Tərtər rayonlarında yaşayan ailələr ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilib.

Qeyd edək ki, aksiya Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə başladılıb. Aksiyaya qoşulmaq istəyən şəxslər gec xarab olan ərzaq məhsulları, yararlı qış geyimləri, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və sair ianə edə bilərlər. Eyni zamanda, maddi ianə də etmək mümkündür.

İanə edilən məhsullar və kart hesabına köçürülən maddi vəsait hesabına alınan məhsullar könüllülər tərəfindən çeşidlənərək bağlamalara yığılır və zərər çəkmiş vətəndaşlarımıza çatdırılır.

Dəstək olmaq istəyən vətəndaşlar linkdə qeyd olunan ünvanlara yaxınlaşa və ya qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

Ünvanlar: https://cutt.ly/ygAbaQk

Qaynar xətt: 070 266 80 90

Ətraflı:

“Facebook”:  https://www.facebook.com/birlikdedestek/

“lnstagram”:   https://www.instagram.com/birlikde.destek/

Xəbəri paylaş: