Konsorsium: TAP-ın yerüstü hissəsinin inşası, demək olar, başa çatıb

29.02.2020 Off By admin

Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində İtaliya ərazisində qəbuledici terminalın tikintisi 80% başa çatıb.

APA-Economics”in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, TAP-ın tikintisi çərçivəsində yerüstü tikinti işləri, demək olar, bitib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Xəbəri paylaş: