Kolumbiyada daşqın səbəbindən azı 8 nəfər itkin düşüb

27.12.2019 Off By admin

Kolumbiyanın mərkəzində baş vermiş sel nəticəsində azı 8 nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Çaparral bələdiyyəsində baş verib. Naməlum səbəblərdən Mono çayında suyun səviyyəsi kəskin şəkildə yüksəlib və bu, yaxınlıqdakı kəndin suyun altında qalmasına səbəb olub. Nəticədə bir çox evə ziyan dəyib.

Xilasetmə xidmətləri itkin düşənləri axtarır. Bölgədəki rəsmilər daşqından zərər çəkmiş insanlara köməklik göstərməyə çalışır.

Xəbəri paylaş: