Karateçilərimiz daha iki medal qazanıblar

10.02.2020 Off By admin

Xəbər verdiyimiz kimi, Budapeştdə karate üzrə yeniyetmələr arasında 47-ci Avropa çempionatı və 21 yaşadək idmançılar arasında 12-ci Avropa çempionatı keçirilir. Karateçilərimiz yığmamızın aktivinə medallar yazdırmaqda davam edirlər.

AZƏRTAC xəbər verir ki, 18-21 yaş kateqoriyasında iki idmançımız – Mədinə Sadiqova və Fidan Teymurova hər ikisi bürünc medal qazanıblar. Mədinə Türkiyədən olan rəqibini, Fidan isə Polşa təmsilçisini məğlubiyyətə uğradıb.

Xəbəri paylaş: