Jirinovskidən Putinin “yükü”nü azaltmaq üçün təklif

29.12.2019 Off By admin

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkədə vitse-prezident vəzifəsinin yaradılmasını təklif edib.

Gazeta.ru xəbər verir ki, bu barədə Jirinovski “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, vitse-prezident vəzifəsi təsis ediləcəyi halda Rusiya liderinin yükünü azaltmaq mümkün olacaq.

“Bu gün ölkə başçısı “böyük öhdəlik yükü” daşıyır. İdarəetmə funksiyaları prezident, onun müavini və baş nazir arasında bölünə bilər”, – Jirinovski qeyd edib.

Xəbəri paylaş: