İtaliya millisinin sabiq hücumçusu il yarımdan sonra karyerasını bərpa edib

28.02.2020 Off By admin

İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard ABŞ-da çıxış edəcək.

“Mançester Yunayted”in yetirməsi MLS klubu “Real Solt-Leyk”lə müqavilə bağlayıb. ABŞ-da anadan olan Rossi artıq yeni komandasının düşərgəsinə qoşulub. O, 2018-ci ilin yayında “Cenoa”dan ayrıldıqdan klubsuz idi.

Qeyd edək ki, Cüzeppe Rossi İtaliya yığmasının heyətində 30 oyunda iştirak edib, 7 qola imza atıb.

Xəbəri paylaş: