İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb

01.03.2020 Off By admin

Penitensiar Xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qafarov Namiq Alim oğluna anası Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan yeməyin içərisində gizlədilmiş bükülülərdə 0,785 qram narkotik maddə – heroin və 0,206 qram psixotrop maddə – metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: