İrina Zaretska Karate 1 Seriya A turnirində mübarizə aparacaq

10.01.2020 Off By admin

Yanvarın 10-da Çilinin paytaxtı Santyaqoda Karate 1 Seriya A turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi milli komandanın üzvü İrina Zaretska (68 kq) təmsil edəcək. Dünya və Olimpiya reytinqinin birincisi İ.Zaretska bu turnirdə qadınlardan ibarət komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında mübarizə aparacaq.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara Olimpiya reytinq xalları qazandıracaq.

Xəbəri paylaş: