İran sərhədləri bağlayır

21.02.2020 Off By admin

İran koronavirus burulğanına düşüb. İran beynəlxalq televiziyasının məlumatına görə, bu gün qonşu ölkədə 7 nəfər vurisa görə həyatını itirib. Ölənlərin ümumi sayı 9-a çatıb.
İraq qonşusu ilə sərhədləri bağlamaq qərarına gəlib. Hələ də koronavirus qeydə alınmadığı bu dövlət təhlükəni sovuşdurmaq üçün belə yola əl atıb. Bundan başqa, İrana təyyarə uçuşları da ləğv edilib.
Azərbaycanın necə addım atacağı maraqlıdır. Rəsmi Bakı hələ məsələyə münasibət bildirməyib. Unutmayaq ki, İrana ən çox səfər edənlərdən biri də azərbaycanlılardır.
Adətən, koronavirus çinlilərdən yerli adamlara keçir. Amma İranda ölənlərdən biri Hüseyn Molayenin yaxınları onun küçədə virusa yoluxduğunu, heç bir çinli ilə ünsiyyət saxlamadığını söyləyir.

Xəbəri paylaş: