İmadəddin Nəsimi haqqında yeni kitab çapdan çıxıb

29.12.2019 Off By admin

zərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva Kəngərlinin “Hüsnü-cəmal, əqli kamal (Nəsimi poetikasından incilər)” kitabı nəşr olunub.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə işıq üzü görən kitabda tanınmış füzulişünas alim Gülşən Əliyeva Kəngərlinin dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında mülahizələri daxil edilib. Müəllif Nəsimi şeirinin poetik özəlliklərini sufi və hürufizm nəzəriyyələri kontekstində, Şərqə məxsus “qəvaidi-ədəbiyyə” əsasında açıb, möhtəşəm Nəsimi poeziyasına yanaşmağın yollarını göstərib.

Kitabda Nəsiminin şəxsiyyətinə və yaradıcılığına həsr olunmuş “Türk ruhunun poetik vüsəti”, “Şeirimizin “quş dili”, yaxud Nəsimi poeziyasında rəmz”, “Nəsimi poeziyasında “hüsnü-cəmal”, “Nəsimi poeziyasında Can, Cahan, Canan (kosmik aləmin dərki)”, “Nəsimi şeirində vəhdət: mürşid və mürid”, “İki dahi: Nəsimi və Füzuli şeirində ədəbi paralelizm” və “Bütün zamanların dahisi (nəticə əvəzinə)” sərlövhəli məqalələr toplanıb.

Xəbəri paylaş: