Hirkan Milli Parkında atların yürüşü təşkil olunub

31.01.2020 Off By admin

Hirkan Milli Parkında “Atla sağlam həyat sürək, ekologiyanı qoruyaq” şüarı altında yürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, yürüşün keçirilməsində məqsəd xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin inkişaf etdirilməsi, insanların asudə vaxtlarının təbiət qoynunda səmərəli keçirməsinin təşkili, eyni zamanda, milli parklarda ekoturizm potensialının təbliğ olunmasıdır.

Ümumilikdə, 370 nəfərin qatıldığı yürüşdə 10 kilometr məsafə qət olunub: “Bu cür tədbirləri keçirməklə biz milli parklarda ekoloji turizmin təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklara turistlərin marağını artırmaq, eyni zamanda, atçılıqla bağlı milli ənənələrimizi qoruyub saxlamaq istəyirik”, – deyə Hirkan Milli Parkının direktoru Azər Mirzəyev söyləyib.

Xəbəri paylaş: