Haitidə karnavalda baş vermiş atışma zamanı azı 6 nəfər yaralanıb

27.02.2020 Off By admin

Haitinin şimalındakı Kap-Aityen şəhərində naməlum silahlıların avtomat silahdan açdığı atəş nəticəsində az 6 nəfər yaralanıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Haiti Libre” xəbər portalı məlumat verib.

Qeyd olunur ki, həftənin əvvəlində təhlükəsizlik məsələləri ilə əlaqədar şənliklər dayandırılıb, lakin sonradan karnavalın davam etdirilməsi barədə qərar verilib. Çərşənbə günü keçirilən tədbirlərdən birində bir neçə nəfər izdihamın yaxınlığında atəş açaraq çaxnaşmaya səbəb olub. 2 polis və 4 tamaşaçı yaralanıb, daha bir neçə nəfər yüngül xəsarət alıb.

Hazırda polis insidenti törədənləri axtarır.

Xəbəri paylaş: