Gürcüstanda etirazçılarla polis arasında qarşıdurma yaranıb, saxlanılanlar var

29.11.2019 Off By admin

Tbilisidə Milli Kitabxana qarşısında piket keçirən etirazçılarla polis arasında qarşıdurma baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın Ədliyyə naziri Tea Tsulukianinin Milli Kitabxanada keçirəcəyi görüşə mane olmaq üçün əraziyə gələn etirazçılar binaya daxil olmağa cəhd ediblər.

Bu zaman etirazçılarla polis arasında qarşıdurma yaranıb. Polis aralarında müxalif “Avropalı Gürcüstan” partiyasının liderləri Qiqi Uqulava və Giorgi Kandelaki də olmaqla, bir neçə nəfəri saxlayıb.

Hazırda ərazidə gərginlik davam edir.  

Digər müxalifət liderləri də əraziyə gəliblər.

Xəbəri paylaş: