Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dövlət bayraqları endirilib

08.08.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiya-Gürcüstan müharibəsinin 12-ci ildönümü tamam olur.

APA-nın yerli bürosunun xəbərinə görə, müharibə zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hökumət administrasiyasında, prezident sarayında, parlament binasında, eləcə də bütün ölkə ərazisindəki inzibati binalarda, həmçinin ölkənin xaricdəki diplomatik korpuslarında dövlət bayraqları endirilib.

İldönümü ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərin təşkil edilməsi də planlaşdırılıb.

Qeyd edək ki, 2008-ci ilin 8 avqust tarixində başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Müharibə nəticəsində Gürcüstanın 170 hərbçisi, 408 mülki vətəndaşı həlak olub, 2 232 nəfər yaralanıb.

Xəbəri paylaş: