Güləşçilərimiz iki qızıl və dörd bürünc medal qazandı

11.01.2020 Off By admin

Azərbaycan güləşçiləri İstanbulda keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirində altı medal qazanıblar.

İdmançılarımız bu uğura memorialın ikinci günündə nail olublar.

Yarışda qadınların mübarizəsində Elis Manolova (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) bürünc medala layiq görülüblər.

Yarışa yanvarın 12-də yekun vurulacaq. Turnirin sonuncu günündə qadın güləşçilərimizdən Elmira Qəmbərova, Tatyana Omelçenko (hər ikisi 62 kq) və Səbirə Əliyeva (76 kq) mübarizəyə start verəcəklər.

Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq), Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) finalda, Toğrul Əsgərov (74 kq) isə bürünc medal uğrunda görüşdə yarışacaqlar.

Xəbəri paylaş: