Fransada 2, İspaniyada 5 yeni koronavirusa yoluxma aşkarlanıb

26.02.2020 Off By admin

Çərşənbə axşamı Fransada koronavirus infeksiyası ilə əlaqəli iki yeni hadisə aşkarlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Baş direktoru Jerome Salomon yerli televiziyaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yoluxanlardan biri fevralın 7-də Fransaya gələn çinli qadındır. Hazırda Parisdə xəstəxanaya yerləşdirilib.

İkinci xəstə isə ölkəyə İtalyanın Lombardiya bölgəsindən qayıdan fransızdır. O isə Fransanın cənub-şərqindəki Auvergne-Rone-Alpe bölgəsində xəstəxanada nəzarət altındadır.

İspaniyada da yeni virusa yoluxanların sayı artıb.

Ötən gün İspaniyanın Tenerife adasında (Kanar adaları) 5 yoluxma hadisəsi qeydə alınıb.

Sanitar nəzarətə götürülən xəstələrin İtaliyadan qayıtdıqlar bildirilir.

Xəbəri paylaş: