Filippində qasırğa səbəbindən ölənlərin sayı 28 nəfərə çatıb

27.12.2019 Off By admin

Filippində Ursula tayfunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

İki nəfər yaralanıb, daha 12 nəfər itkin düşüb. 28 ölüdən üçü İloilo əyalətində qeydə alınıb.

2 min evə və 55 məktəbə ziyan dəyib, 150 şəhərdə elektrik təchizatı kəsilib. Təxminən 44 min insan təxliyyə edilib. “Kalibo” beynəlxalq hava limanına ziyan dəysə də, rəsmilər elektrik enerjisi ilə yanaşı hava nəqliyyatı əlaqələrini də bərpa etməyə başlayıblar.

Məlumata görə, “Ursula” tayfunu saatda 20 kilometr sürətlə hərəkət edir və küləyin sürəti saniyədə 54 metrə çata bilər.

Xəbəri paylaş: