Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

29.02.2020 Off By admin

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticələrə əsasən, hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər fənn olimpiadalarının final turunda iştirak etmək hüququ qazanıblar.

Nəticələrlə www.olimpiada.edu.az saytı vasitəsi ilə tanış olmaq mümkündür.

Xəbəri paylaş: