«Euronews” Suqovuşandan reportaj hazırlayıb

«Euronews” Suqovuşandan reportaj hazırlayıb

03.12.2020 Выкл. Автор admin

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş Suqovuşanda olub.

AZƏRTAC xəbər verir ki, məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu da özləri ilə aparmağı xahiş edib. X.Hümbətov Suqovuşanı tərk edərkən qarşılaşdıqları erməni vəhşiliyindən söz açıb və 27 il olmadığı doğma yerlərə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.