“Ermənistan İrana xəyanət etdi, biz də Azərbaycana haqq mübarizəsində dəstək verməliyik” – İranlı deputat

05.01.2020 Off By admin

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü, deputat Hüseyn Nəqəvi Hüseyni Ermənistanın baş naziri Nikol Paşinyanın iranlı general Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etməsinə kəskin reaksiya verib.

Milli.Az bildirir ki, demokrat.az İran mediasına istinadla xəbər verir ki, Hüseyn Nəqəvi Hüseyni indiyədək ölkəsinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yummasını da etiraf edib:

“Ermənistan rəhbərliyinin şəhid Qasım Süleymanini “terrorçu” adlandırması rüsvayçılıqdır. Ermənistan bu addımı ilə çətin anlarında daim onu dəstəkləyən İranın belinə xəncər sancmış oldu. Ermənistan öz səhvini başa düşmürsə, biz də Azərbaycana işğal altında olan torpaqlarının azad olunması ilə bağlı haqq mübarizəsində dəstək verməliyik. Nəhayət, dostumuzla düşmənlərimizi tanımalıyıq. İndiyədək İran bu dəstəyi yalnız Ermənistana göstərib. Ancaq zaman göstərdi ki, bu, səhv qərar olub. Ermənistan İrana xəyanət etməklə öz tərəfini seçdi. Artıq biz də öz seçimimizi etməliyik…”.

P.S. Əfsuslar olsun ki, İran bunu indi dərk edir.

Hakimiyyet.com

Xəbəri paylaş: