Dünyanın hər yerindən gələn gənclər hüquq yarışmasında iştirak edəcəklər

28.01.2020 Off By admin

Yanvarın 31-dək Polşanın Qdınya şəhərində məktəblilər və universitet tələbələri üçün Beynəlxalq Hüquq Yarışı keçirilir.

AZƏRTAC xəbər verir ki, 18 komandanın iştirak etdiyi yarışda dünyanın hər tərəfindən, o cümədən Azərbaycandan gələn məktəblilər də iştirak edirlər.

Yarışın qayəsi odur ki, hər komanda xəyali bir hüquqi prosesin iştirakçısı olacaq. Onlar hakim, vəkil, prokuror və ittiham olunan rollarında olaraq uydurma prosesləri udmağa çalışacaqlar. Komandaların “məhkəmə prosesləri”nə qiymətləndirməni isə real hakimlər, ali məktəblərin hüquq ixtisası üzrə müəllimləri və yuxarı kurs tələbələri verəcək. Qiymətləndirmə zamanı hüquqi biliklərdən əlavə, aktyorluq qabiliyyətləri də əsas götürüləcək.

Müsabiqənin əsas təşkilatçısı Nyu-York şəhərinin Ədliyyə Mərkəzidir.

Xəbəri paylaş: