Dünyanın ən qocaman ailə cütlüyü toylarının 80 illiyini qeyd edib

Dünyanın ən qocaman ailə cütlüyü toylarının 80 illiyini qeyd edib

28.12.2019 Off By admin

Dünyanın ən qocaman ailə cütlüyü – 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta nikahlarının 80 illiyini qeyd edib.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Con həyat yoldaşı Şarlottanı ABŞ-ın Texas ştatındakı Lonqhorn şəhərində keçirilən təntənəli mərasimə 1920-ci il modelli ikiyerlik avtomobillə gətirib və ona ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.

Con və Şarlotta 1934-cü ildə Texas universitetində tanış olublar və 1939-cu ildə ailə həyatı qurublar.

Dekabrın 16-da ailə cütlüyünün ümumi yaşı 211 il və 175 günə çatıb. Onların sözlərinə görə, uzunömürlülüyün və xoşbəxt ailə həyatının sirri mülayimlikdə və qarşılıqlı məhəbbətdədir.

Xəbəri paylaş: