DTX-nın Neftçala əməliyyatında 10-a yaxın vəzivəli şəxs saxlanılıb

21.02.2020 Off By admin
Dünən Dövlət Təhlükəsizıik Xidmətinin Neftçalada həyata keçirdiyi xüsusi əməlyyat çərçivəsində 10-a yaxın vəzifəli şəxs saxlanılaraq axşam saatlarında Bakıya aparılıb…

Bu barədə PİA.az-ın Neftçaladan əldə etdiyi məlumata görə saxlanılanlar arasında Neftçala rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vurğun Əkbərov, Neftçala YAP rayon təşkilatının sədri Anar Cəfərov, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov, Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və digər idarə və müəssisələrin rəhbərləri olub.

Neftçalanın icra başçısı İsmayıl Vəliyev isə gündüz saatlarında həbc edilərək Bakıya aparılıb.

Bundan başqa bir sıra vəzifəli şəxslərin izahatları alınıb. Onların arasında Başçının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP-ın Neftçaladan deputatlığa namizədi Gültəkin Sadıqova da olub.

Qeyd edək ki, dünən Dövlət Təhlükəsizıik Xidməti Neftçala rayon İcra Hakimiyyətində xüsusi əməliyyat həyata keçirib. Qurumun yaydığı məlumatda bildirilib ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətindən APA-ya bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Dünən axşam saatlarında prezident İlham Əliyevin Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin vəzifədən azad olunması ilə bağlı sərəncamı yayımlanıb.

Xəbəri paylaş: