Dörd nəfərə qarşı dələduzluq edərək onlardan 45 min manat pul alan paytaxt sakini yaxalanıb

Dörd nəfərə qarşı dələduzluq edərək onlardan 45 min manat pul alan paytaxt sakini yaxalanıb

20.11.2020 Off By admin

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə şübhəli bilinən şəxsi yaxalayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, idarə əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bu ilin fevralından oktyabradək olan müddətdə dörd Bakı şəhər və bir Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45 min manat məbləğində pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbəri paylaş: