“Din araşdırmaları” jurnalı

06.02.2020 Off By admin

Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnala dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərinin araşdırıldığı məqalələr qəbul olunur. Məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməli və digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və elektron poçt ünvanı göstərilməlidir. Məqalənin əvvəlində müəllifin adından sonra xülasə və açar sözlər ən azı üç dildə verilməlidir.

Məqalənin mətni A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə qoymaqla 1 intervalla, Azərbaycan, türk, ingilis, rus və ərəb dillərində 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) olmalıdır. Məqalə elmi dərəcəsi olan şəxsin rəyi ilə birgə müəllif tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, AZ 1141, Əhməd Cəmil, 41A) təqdim edilməlidir. Əlyazma müəllif tərəfindən mütləq imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir. Məqalələr, eyni zamanda, elektron qaydada redaksiyanın jurnal@ait.edu.az elektron ünvanına göndərilməlidir.

Məqalə qəbulu aprelin 30-dək davam edəcək.

Xəbəri paylaş: