Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatı dinlənilib

29.12.2019 Off By admin

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatı dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təqdimatla çıxış edən Xanım Rzazadə əvvəlcə şöbənin strukturu, fəaliyyət istiqamətləri, 2019-cu ildə görülən işlər, aparılan monitorinqin nəticələri haqqında məlumat verib. O qeyd edib ki, şöbə öz fəaliyyətində coğrafiya elminin təbliğinə geniş yer ayırır. Belə ki, bu istiqamətdə hesabat ilində 150-dən artıq press-reliz hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb. Məruzəçi, həmçinin bildirib ki, bu il keçirilən konfranslar barədə 3 divar stendi və Nəsiminin 650 illik yubileyinə həsr olunmuş səsli və musiqili 15 dəqiqəlik videoçarx hazırlanaraq nümayiş etdirilib.

Tədbirdə institutun saytı da əyani olaraq təqdim olunub. X.Rzazadə statistik rəqəmlər əsasında xəbərlərin mətbuatda yayılması, sayt istifadəçilərinin ümumi sayı, yaş həddi və s. haqqında məlumat verib.

Xəbəri paylaş: