Çində koronavirusdan ölənlərin sayı 1113-ə çatıb, yoluxanların sayı isə 44,6 mini ötüb

12.02.2020 Off By admin

Çində koronavirusa (COVID-19 – rəsmi adı) yoluxanların sayı 44,6 min nəfəri ötüb.

APA TASS-a istinadən xəbər verir ki, yeni virusdan ölənlərin sayı 1113 nəfərə çatıb.

Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, yoluxanlardan 4740 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ölkədə koronavirusdan rəsmi ölüm nisbəti 2,49% təşkil edir.

Pekində COVID-19-a 342 nəfər yoluxub. Onlardan 48-i sağalsa da, 3 nəfəri dünyasını dəyişib.

Rusiya ilə həmsərhəd olan Heilonjianq əyalətində ağır vəziyyət müşahidə olunur. Bu bölgədə virusdan ölənlərin sayı artıq səkkiz nəfərdir, yoluxanların sayı isə 378-ə çatıb. Onlardan 28-i sağalaraq sərbəst buraxılıb.

Rəsmi məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 185 mindən çox sakin ölkədə həkimlərin nəzarəti altındadır. Çində, həmçinin karantində olan 16 mindən çox şübhəli insanın olduğu bildirilir.

 

Xəbəri paylaş: