Çempionlar Liqası: “Zenit” qalib gəlib, “Çelsi” xal itirib

28.11.2019 Off By admin

Çempionlar Liqasında V turun ikinci oyun günü başlayıb.

Apasport.az saytının məlumatına görə, turun ikinci gününün iki qarşılaşması başa çatıb.

G qrupunda “Zenit” “Lion”u qəbul edib. Qələbə qazanan Rusiya klubu xal hesabında fransalılara çatıb və şəxsi oyunlardakı üstünlüyə görə 2-ci sıraya yüksəlib.

 

H qrupunda “Valensiya” öz meydanında “Çelsi”ni qəbul edib. Məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, tura saat 00:00-da başlayacaq 6 matçla yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur
27 noyabr

G qrupu
21:55. “Zenit” (Rusiya) – “Lion” (Fransa) – 2:0
Dzyuba, 42, Ozdoyev, 84

1 Leypsiq 4 3 0 1 6-4 9
2 Zenit 5 2 1 2 7-6 7
3 Lion 5 2 1 2 7-6 7
4 Benfika 4 1 0 3 5-9 3

H qrupu
21:55. “Valensiya” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:2
Soler, 40, Vass, 82 – Kovaçiç, 41, Pulişiç, 50

1 Valensiya 5 2 2 2 7-7 8
2 Çelsi 5 2 2 1 9-8 8
3 Ayaks 4 2 1 1 10-5 7
4 Lill 4 0 1 3 3-9 1

 

Xəbəri paylaş: