Bu ölkə vətəndaşlarına çağırış etdi- İrana səfər etməyin

23.02.2020 Off By admin

Gürcüstan hökuməti vətəndaşlarını İranda koronavirusun yayılması səbəbindən bu ölkəyə səfər etməməyə çağırıb.

“Report” un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib. Xəbərdarlıqda Gürcüstan vətəndaşlarına İrana səfər etməkdən çəkinmək tövsiyə olunub.

XİN İranda olan Gürcüstan vətəndaşlarını ehtiyac yaranacağı təqdirdə ölkənin Tehrandakı səfirliyinin “qaynar xətti” ilə əlaqə saxlamağa çağırıb.
Qeyd edək ki, İranda koronavirusdan 6 nəfər ölüb, yoluxanların sayı isə 28-ə çatıb.

Xəbəri paylaş: