BŞBPİ İqbal Ağazadənin evinə basqın edən şəxslə bağlı məlumat yaydı

27.11.2019 Off By admin

Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektrik naqili kəsilib:

“İ.Ağazadə elektrik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pestryakov Vladislav Yuryeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər. 

 

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Pestryakov 2013-cü ildən Ruhi-Əsəb xəstəxanasında daimi qeydiyyatdadır. 
Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir”. 

E.Hacıyev qeyd edib ki, faktla bağlı Xətai RPİ 37-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. 

Qeyd edək ki, İ.Ağazadə evinə basqın edilməsi ilə bağlı sosial şəbəkədə məlumat yayıb.

Xəbəri paylaş: