Bolqarıstan Türkiyə ilə sərhəddə nəzarəti gücləndirir

01.03.2020 Off By admin

Bolqarıstan Türkiyə hökumətinin miqrantların Avropa İttifaqına üzv ölkələrə getmələrinə mane olmayacağı ilə bağlı qərarından sonra iki dövlət arasında sərhəddə nəzarəti gücləndirir.

Bu barədə ölkənin Baş Naziri Boyko Borisov məlumat verib.

O, çoxlu sayda qaçqının Bolqarıstana daxil olmaq təhlükəsi ilə əlaqədar Türkiyə və NATO arasında danışıqların aparılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Türkiyənin qaçqınların Avropa İttifaqı məkanına daxil olmasının qarşısını almayacağı ilə bağlı qərarı həmsərhəd ölkələri təşvişə salıb. Həmin ölkələr sərhəd mühafizə tədbirlərini möhkəmləndirmək üçün əlavə tədbirlər görməyə başlayıblar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Xəbəri paylaş: