“Boeing” 12 mlrd. dollar məbləğində kredit cəlb edib

28.01.2020 Off By admin

ABŞ-ın “Boeing” korporasiyası planlaşdırılan 10 mlrd. dollar əvəzinə banklardan 12 mlrd. dollar məbləğində kredit cəlb edib.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət əlavə maliyyələşdirmə ilə əlaqədar banklarla danışıqlar aparıb. Nəticədə, “Boeing” korporasiyası “BoFa”, “Citigroup”, “JPMorgan Chase”, “Wells Fargo” və “Morgan Stanley” ilə kredit şəklində olan maliyyələşdirmənin iki il təxirə salınmış geri ödəmə müddəti uzatmaq şərti ilə uzanmasına nail olub.

Bundan əvvəl mütəxəssislər yeni kredit məbləğinin hətta 5 mlrd. dollar səviyyəsində olacağını qiymətləndirdi.

Xəbəri paylaş: