“Bizim müəllim” layihəsi

07.12.2019 Off By admin

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Mirzəyevaya həsr olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, G.Mirzəyeva 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 56 bal toplayıb. G.Mirzəyeva deyir ki, şagirdlərin hər birinə fərdi yanaşma çox önəmlidir.

Təhsilin inkişafındakı xidmətlərinə görə G.Mirzəyeva bu il Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

G.Mirzəyevanın “Biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsait” layihəsi təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Xəbəri paylaş: