Bioloqlar dəridəki mikroblara görə insanın yaşını hesablamağı öyrəniblər

13.02.2020 Off By admin

ABŞ-ın molekulyar bioloqları insan dərisindəki mikroflora nümunələri əsasında onun yaşını (3-4 il yanlışlıqla) müəyyənləşdirmək üçün alqoritm hazırlayıblar. Bu barədə məlumat “mSystems” jurnalında yer alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kaliforniya Universitetinin (ABŞ, San-Dieqo) bioloqu Syuy Çjentszyanın sözlərinə görə, belə bir alqoritm orqanizmin qocalmasında və bununla əlaqədar xəstəliklərin yaranmasında mikrofloranın rolunu başa düşməyə kömək edəcək. Bioloqlar, həmçinin qocalmanı ləngidən müxtəlif preparatların heyvan və insan orqanizmlərinə necə təsir etdiyini yoxlaya biləcəklər.

İnsan orqanizmində onun öz hüceyrələrindən təxminən 10 dəfə çox miqdarda bakteriya, göbələk və mikrofloranın digər nümayəndələri yaşayır. Bu birhüceyrəli orqanizmlər nəinki həzmə və maddələr mübadiləsinə, həmçinin həyatın digər aspektlərinə, eləcə də insanların davranışına təsir göstərir. Məsələn, mədənin və bağırsağın mikroflorasında müəyyən mikrobların olması xərçəng və digər xəstəliklərin yaranma ehtimalını artırır.

Syuy Çjentszyan və onun həmkarları “American Gut Project” təşəbbüsü çərçivəsində könüllülərin anonim göndərdikləri tüpürcək və digər ifrazat nümunələri əsasında bu qənaətə gəliblər ki, insan bədəninin müəyyən hissə və orqanlarının mikroflorasından onun yaşını öyrənmək üçün istifadə etmək olar.

Xəbəri paylaş: